İsrail və Livan gələn həftə Vaşinqtonda danışıqlar aparacaqlar.

13:42, 10.04.2026
Smoke billows after an Israeli strike on Beirut's southern suburbs, following an escalation between Hezbollah and Israel amid the U.S.-Israeli conflict with Iran, Lebanon, March 2, 2026. REUTERS/Mohamed Azakir     TPX IMAGES OF THE DAY

İsrail və Livan gələn həftə Vaşinqtonda danışıqlar aparacaqlar. Məlumatı Deutsche Welle yayıb.

ABŞ rəsmisinə görə, departament gələn həftə keçiriləcək görüşü təsdiqləyib və bu görüşdə İsrail ilə Livan arasında davam edən atəşkəs danışıqları müzakirə olunacaq.

9 aprel tarixində Benjamin Netanyahu kabinetinə Livanla birbaşa danışıqlara başlamağı tapşırdığını bildirib. İsrail hökuməti İranın dəstəklədiyi Hezbollah qruplaşmasının tərksilah edilməsini istəyir.

Məlumatlara görə, Livan hakimiyyəti İsraillə istənilən danışıqlara başlamazdan əvvəl atəşkəsin təmin olunmasını tələb edir.

Oxşar