İsrail və “HƏMAS” arasında əldə olunan razılaşma çərçivəsində İsrail 90 fələstinli məhbusu azad edib

11:04, 20.01.2025

 
İsrail və “HƏMAS” arasında əldə olunan atəşkəs və girovların azad edilməsi razılaşması çərçivəsində İsrail 90 fələstinli məhbusu azad edib.

Fələstinin Ramala şəhəri yaxınlığında insanlar İordan çayının qərb sahilinin küçələrinə toplaşdılar və azad edilmiş fələstinli məhbusları daşıyan avtobus karvanını coşğu ilə qarşıladılar.

“HƏMAS”ın məlumatında İsrail həbsxanalarından azad edilənlər arasında 69 qadın və 21 oğlanın olduğu deyilir.

Xatırladaq ki, yanvarın 19-da üç israilli girov “HƏMAS”ın 471 günlük əsirliyindən sonra azad edilib. Bu, yanvarın 19-da qüvvəyə minən İsrail və “HƏMAS” arasında əldə olunan atəşkəs və girovların azad edilməsi razılaşması çərçivəsində baş verib.

Oxşar