İsrail tərəfindən Şimali Livanın bombalanması nəticəsində azı 18 nəfər həyatını itirib

17:52, 14.10.2024

 
İsrail tərəfindən Şimali Livanın bombalanması nəticəsində azı 18 nəfər həyatını itirib.

Livanın Qırmızı Xaç Təşkilatı, İsrailin hərbi aviasiyasının yaşayış binasını bombaladığını xəbər verir.

İsrail mediası yazır ki, hədəf ola bilsin “Hizbullah”ın liderlərindən biridir. Livan mediasının məlumatına əsasən, bu, hərbi əməliyyatların bir ili ərzində xristian çoxluğun məskunlaşdığı bölgənin İsrail əsgərləri tərəfindən hücuma məruz qalmasının ilk halıdır.

Bombardmanın xeyli ziyana səbəb olması haqda məlumat yayılır.

Oxşar