İsrail tərəfindən Qəzzaya edilmiş hücum nəticəsində azı 60 fələstinli həlak olub

15:09, 29.10.2024

 
İsrail tərəfindən Qəzzaya edilmiş hücum nəticəsində azı 60 fələstinli həlak olub.

“Reuters”in yazdığı kimi, hücum Qəzzanın şimalında yerləşən Beit Lahia şəhərinə edilib. 17 nəfər itkin düşmüş hesab olunur, 150 nəfər isə xəsarət alıb. Həlak olanlar arasında 20 uşaq var.

İsrailin Müdafiə Qüvvələri Beit Lahia şəhərində yerləşən yaşayış binasını vurub.

“Orada onlarla insan ölüb və o evdə onlarla məcburi köçkün yaşayırdı. Evi əvvəlcədən xəbərdarlıq etmədən bombalayıblar” – “Reuters” hadisə şahidindən sitat gətirir.

İsrail tərəfi hadisəni şərh etməyib.

Oxşar