İsrail tərəfi “HƏMAS”ın yeddi girovu təhvil verdiyini təsdiqləyir.
“Qırmızı Xaç tərəfindən verilmiş məlumata əsasən, yeddi girov onların nəzarəti altındadır və onlar Qəzza sektorunda olan İsrailin Müdafiə Qüvvələrinə doğru gedirlər. İsrailin Müdafiə Qüvvələri ehtimal ki, daha sonra Qırmızı Xaça təhvil veriləcək girovları da qəbul etməyə hazırdır” – bəyanatda qeyd olunub.
İsrailin Baş nazirinin ofisində izah etdikləri kimi, proses iki mərhələyə bölünəcək və bir neçə saat ərzində davam edəcək. İlkin olaraq girovlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə təhvil veriləcək, sonra isə onları İsrailə aparacaqlar.
“HƏMAS” önümüzdəki bir neçə saat ərzində azad edəcəkləri iyirmi girovun ad və soyadını dərc edib. İsrail tərəfinin girovlar qaytarıldıqdan sonra azad edəcəyi 1718 fələstinli məhbusun kimliyi də açıqlanıb. Məlumat üçün bildirək ki, bundan əvvəl İsrail hökuməti ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilmiş sülh planı çərçivəsində Qəzza sektorunda atəşkəs və girovların azad edilməsi planını təsdiqləyib.