İsrail Tehranda iki obyektə zərbə endirib, İran isə İsrail istiqamətində hipersəs raketi buraxıb
İsrail Tehranda iki obyektə zərbə endirib, İran isə İsrail istiqamətində hipersəs raketi buraxıb

 

İsrail İranın paytaxtı Tehranın yaxınlığında yerləşən raket istehsalı zavoduna zərbə endirib.

Yayılmış məlumatlara əsasən, İsrail həmçinin Tehranın şərq şəhər kənarında universitetlərdən birini bombalayıb. Qeyd olunan universitet İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəlidir.

Eyni zamanda, İran İsrail istiqamətində gecə ərzində “Fattah-1” tipli hipersəs raketi buraxıb. Bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu yayır.

İnsan hüquqlarının müdafiəsi təşkilatının göstəricilərinə əsasən, İsrailin zərbələri nəticəsində İranda 585 nəfər həyatını itirib, 1 326 nəfər isə yaralanıb.