İsrail Tehrana yeni hücum dalğası başladıb, İran cavab olaraq Qətərə və Birləşmiş Ərəb Əmirliklərinə hücum edib
İsrail Tehrana yeni hücum dalğası başladıb, İran cavab olaraq Qətərə və Birləşmiş Ərəb Əmirliklərinə hücum edib

 

İsrailin Müdafiə Qüvvələri (IDF) İranın paytaxtı Tehrana yeni hücum dalğası başlatdıqlarını bildirib. Bu haqda məlumatı “France Press” yayır.

Medianın məlumatına əsasən, İsrail hərbçiləri şəhərə hücumlarını bərpa etdikdən sonra Tehranda iki partlayış baş verib.

“BBC”nin məlumatına əsasən, İran Tehrana edilmiş hücuma cavab olaraq İsrail, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə hücumları bərpa edib. İsrailin Müdafiə Qüvvələri müdafiə sistemlərinin onları zərərsizləşdirmək üçün çalışdığını bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin “hazırda İrandan gələn raket və dronlardan gələn təhdidlərə cavab verdiyini” bildirib.

Qətərin Müdafiə Nazirliyi də məlumat yayır. Onların məlumatına əsasən, silahlı qüvvələr ölkəyə qarşı yönəlmiş raket hücumunun qarşısını alıb.