İsrail Səhiyyə Nazirliyi “Həmas”ın terror aktı nəticəsində 908 yaralının xəstəxanalara yerləşdirildiyini bildirib
İsrail Səhiyyə Nazirliyi “Həmas”ın terror aktı nəticəsində 908 yaralının xəstəxanalara yerləşdirildiyini bildirib

İsrail Səhiyyə Nazirliyinin məlumatına əsasən, “Həmas”ın İsrailin cənubunda və mərkəzində həyata keçirdiyi terror aktı nəticəsində 908 yaralı xəstəxanalara yerləşdirilib.

Yerli medianın məlumatına əsasən, İsrail rəsmiləri hücumda azı 100 nəfərin öldüyünü bildirib.

Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumuna görə İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.