İsrail Qəzzaya elektrik enerjisinin təchizatını tamamilə dayandırıb

13:51, 10.03.2025

 
İsrail Qəzzaya elektrik enerjisinin təchizatını tamamilə dayandırıb – bu haqda İsrailin energetika naziri Eli Koen bildirib.

“Mən indilərdə Qəzza sektoruna elektrik enerjisinin təchizatının dərhal dayandırılması haqqında əmr imzaladım. Biz girovları geri qaytarmaq və müharibə bitdikdən sonra “HƏMAS”ın Qəzzada artıq olmaması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik” – Koen bildirib.

“BBC”nin yazdığı kimi, elektrik enerjisinin təchizatının dayandırılması ilə bağlı qərar ehtimal ki, əhalinin təmiz içməli su ilə təmin edilməsində mühüm əhəmiyyət kəsb edən müəssisələrin fəaliyyətinə təsir göstərəcək.

Oxşar