İsrail Qəzzanın bəzi ərazilərində humanitar fasilə elan etdi

14:11, 27.07.2025

İsrail Qəzza zolağının müəyyən bölgələrində 10 saatlıq humanitar fasilə elan edib. Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, humanitar fasilə hər gün səhər saat 10:00-dan axşam 20:00-a qədər qüvvədə olacaq və sıx məskunlaşmış ərazilərdə humanitar dəhlizlərin yaradılması məqsədilə döyüş əməliyyatları dayandırılacaq.

İsrail həmçinin əhalinin ərzaq və dərmanla təmin olunması üçün təhlükəsiz marşrutlar təşkil edəcəyini bildirib.

Oxşar