İsrail Qəzzada dünyasını dəyişən son girovun cəsədini qaytarıb
İsrail Qəzzada dünyasını dəyişən son girovun cəsədini qaytarıb

 

İsrail Qəzzada dünyasını dəyişən son girovun cəsədini qaytarıb. Bu haqda İsrailin Müdafiə Qüvvələrində bəyan ediblər.

Çavuş Ran Qvil “HƏMAS”ın 2023-cü ilin oktyabrın 7-də cəsədini qaçırdığı son girovdur.

İsrailin Müdafiə Qüvvələri cəsədin şəxsiyyətinin müəyyən edildiyini və dəfn üçün İsrailə aparılacağını bəyan edib. Bu isə ABŞ Prezidenti Donald Trampın Qəzza sülh planının birinci mərhələsinin başa çatması deməkdir.

Planın ikinci mərhələsi “HƏMAS”ın tərksilah edilməsini və Qəzzada yeni hökumətin qurulmasını nəzərdə tutur. Həmçinin, Qəzzanın bərpasının uzunmüddətli işlərini.