İsrail Qəzza sektorunun cənubunda fələstinlilərin məcburi köçürülməsini planlaşdırır
İsrail Qəzza sektorunun cənubunda fələstinlilərin məcburi köçürülməsini planlaşdırır

İsrail Qəzza sektorunun cənubunda fələstinlilərin məcburi köçürülməsini planlaşdırır. Plana əsasən, evakuasiya bu gün başlanmalıdır.

İsrail ordusunun mətbuat katibinin sözlərinə görə, “döyüş zonalarından” evakuasiyadan sonra yerli sakinlərə çadırlar və digər sığınacaq avadanlıqları veriləcək. Bu bəyanat İsrailin baş naziri Netanyahunun hərbçilərə yaşıl işıq verildiyini – “Hamas”ın qalan iki dayaq nöqtəsinin “sökülməsi” üçün icazə alındığını – elan etməsindən bir həftədən az vaxt sonra edilib. Bu məntəqələr şimalda Qəzza şəhəri, cənubda isə əl-Mavasi idi.

İsrail ordusu dəqiqləşdirməyib ki, sığınacaq avadanlığı hazırda təqribən bir milyon nəfərə sahib Qəzza şəhərinin əhalisi üçün nəzərdə tutulubmu və onların köçürülmə yeri Qəzzanın cənubunda, Rəfah bölgəsi olacaqmı.

Ərəb mediasının məlumatına görə, İsrail hərbi qüvvələri Qəzza şəhərində əl-Əhli xəstəxanasını bombalayıb, nəticədə azı yeddi nəfər həlak olub. Fələstin Səhiyyə Xidmətinin məlumatına əsasən, son 24 saat ərzində İsrailin yaratdığı aclıq səbəbindən daha 11 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin sayı 251-ə çatıb. Ölənlərin arasında 108 uşaq var.