İsrail Qəzza sektorunda yerləşən Deyr al-Balah şəhərinə quru və hava hücumu həyata keçirib
İsrail Qəzza sektorunda yerləşən Deyr al-Balah şəhərinə quru və hava hücumu həyata keçirib

 

İsrail Qəzza sektorunda yerləşən Deyr al-Balah şəhərinə quru və hava hücumu həyata keçirib.

“BBC”nin yazdığı kimi, İsrail ilk dəfədir ki, qeyd olunan şəhərə hücum edir.

Hərbi əməliyyat İsrail Müdafiə Qüvvələrinin təxliyə əmri verməsindən sonra başlayıb.

Bu ərazidə hazırda Qəzzanın cənubunda yerləşən Rafah və Xan Yunis şəhərlərindən gələn minlərlə məcburi köçkün yaşayır.

Bununla yanaşı, “BBC”nin yazdığı kimi, “HƏMAS”ın idarə etdiyi Səhiyyə Nazirliyinin rəsmisi son 24 saatda Qəzzada 19 nəfərin aclıqdan öldüyünü bildirib.