İsrail Qəzza sektoruna gedən və içərisində Qreta Tunberq və digər fəalların olduğu gəmini dayandırıb
İsrail Qəzza sektoruna gedən və içərisində Qreta Tunberq və digər fəalların olduğu gəmini dayandırıb

 

İsrail Qreta Tunberq və digər fəalların içərisində olduğu “Madleen” gəmisini Qəzza sektoruna çatmamış dayandırıb. Bu barədə məlumatı həm gəmidə olan şəxslər, həm də İsrail Xarici İşlər Nazirliyi təsdiqləyir.

“Madleen” gəmisi Qəzza sektorundakı əhaliyə humanitar yardım çatdırmaq üçün gedirdi.

Bazar günü “Freedom Flotilla Coalition” “Telegram”da “SOS, Madleen”dəki könüllüləri İsrail qüvvələri qaçırıb” başlığı ilə şəkil dərc edib.

İsrail Xarici İşlər Nazirliyi isə daha sonra bəyan edib ki, gəmi indi təhlükəsiz şəkildə İsrail sahillərinə doğru gedir. Bundan sonra fəalların öz ölkələrinə qayıdacağı gözlənilir.

“Qəzza sektoruna yardım çatdırmaq üçün “Instagram”ın dırnaqarası “selfie”lərini ehtiva etməyən yollar var” – Xarici İşlər Nazirliyi bəyan edib.

Xatırladaq ki, BMT-nin məlumatına əsasən, Qəzzada 2 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşib. Üç aylıq blokadadan sonra isə İsrail Qəzzaya məhdud, lakin yenə də humanitar yardımın daxil edilməsinə razılıq verib.