İsrail prezidenti İsaak Hersoq beynəlxalq ictimaiyyəti "Həmas"ı qınamağa çağırıb
İsrail prezidenti İsaak Hersoq beynəlxalq ictimaiyyəti "Həmas"ı qınamağa çağırıb

İsrail prezidenti İsaak Hersoq beynəlxalq ictimaiyyəti “Həması”ı qınamağa çağırıb, – bu haqda yerli media xəbər verir.

İsaak Hersoqun sözlərinə görə, bu gün hər kəs “Həmas”ın əsl üzünü görüb.

“Terrorçu ordunun yeganə məqsədi günahsız kişiləri, qadınları və uşaqları soyuqqanlılıqla öldürməkdir. Onlar İrandakı vəkil komandirlərinin dəstəyi və rəhbərliyi ilə Yəhudilərin Müqəddəs Günündə yəhudi dövlətinə qarşı heç bir səbəb olmadan, dəhşətli hücuma keçdilər. Günahsız dinc sakinlər öldürülüb və yaralanıb, çoxları hələ də hücuma məruz qalır”, – İsrail prezidenti bildirib.

Onun sözlərinə görə, İsrail dövləti vətəndaşlar üçün bu aydın və birbaşa təhlükəni aradan qaldırmaq üçün bütün tədbirləri görəcək.

“İsrail bütün çətinliklərin öhdəsindən gələcək. Mən beynəlxalq ictimaiyyətə səslənirəm, indi “Həmas”, onun müttəfiqləri və İrandakı tərəfdarlarının açıq, birmənalı qınaqını eşitməyin vaxtıdır. İndi düşmənə qarşı ədalətli mübarizəsini dəstəkləmək üçün İsrailin yanında möhkəm dayanmağın vaxtıdır”, – İsaak Hersoqun bəyanatında deyilir.

Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər buraxılıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumuna görə İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.