İsrail ordusunun ehtiyatda olan hərbçisi, “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemində xidmət edən şəxs, İranın xeyrinə casusluq ittihamı ilə həbs edilib
İsrail ordusunun ehtiyatda olan hərbçisi, “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemində xidmət edən şəxs, İranın xeyrinə casusluq ittihamı ilə həbs edilib.
İsrail hakimiyyətinin məlumatına görə, ehtiyatda olan hərbçi İran İslam Respublikasının adından təhlükəsizliklə bağlı digər fəaliyyətlərdə də iştirak edib.
Mediaya görə, şübhəli şəxs Yerusəlim sakini, 26 yaşlı Raz Koen-dir. İsrail polisinin və kontr-kəşfiyyat xidməti “Şin Bet”in açıqlamasında bildirilir ki, Koen aylar boyunca iranlı agentlərlə əlaqədə olub və onlara bir neçə missiyanı yerinə yetirib, o cümlədən pul müqabilində məlumat verib.