İsrail ordusunda Beyruta edilmiş hava hücumu nəticəsində “Hizbullah” qruplaşmasının üzvü Suhiel Husein Huseinin öldürüldüyünü bildirirlər
İsrail ordusunda Beyruta edilmiş hava hücumu nəticəsində “Hizbullah” qruplaşmasının İrandan silah tədarükünə cavabdeh olan üzvü Suhiel Husein Huseinin öldürüldüyünü bildirirlər.
Rəsmi bəyanatda Huseinin İran silahlarının nəqli və “Hizbullah”ın bölmələrinə paylanılması prosesini idarə etdiyi qeyd olunub.
İsraildə bildirirlər ki, Husein həm də “Hizbullah”ın büdcəsinin tərtib edilməsinə və qruplaşmanın İsrail, Livan və Suriyaya qarşı təşkil etdiyi terror hücumlarının koordinasiyasına cavabdeh olub.
İsrail ordusu, Müdafiə Qüvvələri tərəfindən Livanda başladılmış quru əməliyyatı çərçivəsində indiyədək qruplaşmanın lideri Hasan Nasrala və 30 yüksək rütbəli məmur da daxil olmaqla 450 “Hizbullah” döyüşçüsünün öldürüldüyü haqda məlumat verir.