İsrail ordusu Yəməni bombaladı. İsrail mediasının məlumatına görə, ölkənin müdafiə qüvvələri paytaxt Sənada yerləşən və “husilər” rejimi tərəfindən istifadə olunan enerji infrastrukturuna zərbə endiriblər.
İsrail Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, zərbə İsrail Hərbi Dəniz Qüvvələrinin raket gəmiləri tərəfindən həyata keçirilib.
“Zərbələr ‘husilərin’ terrorçu rejimi tərəfindən İsrail dövlətinə və onun vətəndaşlarına qarşı həyata keçirilən təkrar hücumlara cavab olaraq endirildi. Bu hücumlara İsrail ərazisinə doğru buraxılan ‘yer-yer’ tipli raketlər və pilotsuz uçuş aparatları daxildir,” – deyə İsrail müdafiə qüvvələrinin bəyanatında qeyd olunur.
İsrail mediasının məlumatına görə, 21 iyulda Yəmənə endirilmiş son zərbədən sonra “husilər” İsrail istiqamətində ən azı yeddi ballistik raket və yeddi pilotsuz aparat buraxıblar.