İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib
İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

 

İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib. İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, hava hücumu “Hizbullah”ın silah anbarına və ona yaxın yeraltı əraziyə qarşı həyata keçirilib.

İsrail mediasına əsasən, infrastruktur ictimai idman və istirahət mərkəzinin yanında yerləşirdi.

“Bu, “Hizbullah”ın livanlı dinc sakinləri mülki ərazilərdən həyata keçirilən əməliyyatlar üçün canlı qalxan kimi necə istifadə etdiyinin daha bir nümunəsidir” – israilli hərbçilər bildirirlər.

İsrailin hərbçiləri bildiriblər ki, “Hizbullah” Livanda infrastrukturu bərpa etmək cəhdlərini davam etdirir və bu cür obyektlərin mövcudluğu və terrorçu qruplaşmanın bu ərazidəki aktivliyi “İsrail ilə Livan arasında mövcud razılaşmaların pozulmasıdır”.