İsrail ordusu Livanın bir neçə şəhərində hərbi əməliyyat keçirib

15:10, 30.10.2025

 

İsrail ordusu Livanın bir neçə şəhərində hərbi əməliyyat keçirib.

İsrailin Müdafiə Qüvvələrinin məlumatına əsasən, əməliyyat “Hizbullah”ın infrastrukturunu məhv etmək məqsədi daşıyıb və Blida şəhərində həyata keçirilib.

Basqın zamanı qoşunlar Livan mediasının məlumatına əsasən, Blidanın bələdiyyə binası olan binada şübhəli şəxsi müəyyən ediblər və onun tutulması üçün prosedura başlayıblar.

Atışma nəticəsində bələdiyyənin əməkdaşının həlak olması haqda məlumat yayılır.

Həmçinin, İsrailin Livanın Carmak şəhərinə də hücum etdiyi barədə məlumatlar yayılır.

İsrailin Müdafiə Qüvvələri Livanın cənubunda hava hücumları həyata keçirdiyini təsdiqləyib və hədəfin “Hizbullah”ın infrastrukturu olduğunu bildirib. Hədəflər arasında raket buraxıcısı və “Hizbullah”a məxsus tunel şaxtası olub.

Oxşar