İsrail ordusu - İsrail hərbi qüvvələri Qəzza sektorunun daxilində ərazinin terrorçulardan və silahlardan təmizlənməsini başa çatdırmaq üçün reydlər həyata keçirib
İsrail ordusu - İsrail hərbi qüvvələri Qəzza sektorunun daxilində ərazinin terrorçulardan və silahlardan təmizlənməsini başa çatdırmaq üçün reydlər həyata keçirib

 
İsrail ordusu quru qüvvələrinin Qəzza sektoruna kiçik miqyaslı hücumlara keçdiyini açıqlayır.

“Son 24 saat ərzində İsrail hərbi qüvvələri Qəzza sektorunun daxilində ərazinin terrorçulardan və silahlardan təmizlənməsini başa çatdırmaq üçün reydlər həyata keçirib” – deyə məlumatda bildirilir.

Bununla yanaşı, İsrail ordusunun bəyanatında qeyd edildiyi kimi, davam edən əməliyyatlar zamanı itkin düşənlərin tapılması üçün də həmçinin cəhdlər olub.

İsrail hərbçiləri əməliyyata piyada və tank bölmələrinin cəlb edildiyini deyiblər.