İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İsrail İranda genişmiqyaslı hava hücumuna başlayıb
İsrail İranda genişmiqyaslı hava hücumuna başlayıb. Bu barədə “BBC” xəbər verir.
Medianın məlumatına görə, paytaxtın müxtəlif hissələrində güclü partlayış səsləri eşidilib.
İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirilir ki, hücum Tehranda yerləşən “terrorçu rejimin infrastrukturuna” yönəlib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Efi Defrin Livanda İran və “Hizbullah”a qarşı mübarizənin həftələrlə davam edəcəyini bildirib.
Onun sözlərinə görə, İsrail İran və onun müttəfiqlərinin İsrail dövlətinə təhlükə yaratmasına imkan verməyəcək.