İsrail Müdafiə Qüvvələri Suriya Prezident Sarayının ərazisini bombaladıqlarını təsdiqləyib
İsrail Müdafiə Qüvvələri Suriya Prezident Sarayının ərazisini bombaladıqlarını təsdiqləyib

 

İsrail Müdafiə Qüvvələri Suriya Prezident Sarayının yaxınlığına zərbə endirdiklərini təsdiqləyib.

İsrail Müdafiə Qüvvələri hücumu əks etdirən videogörüntüləri sosial şəbəkədə dərc edib.

“İsrail Müdafiə Qüvvələri Suriya rejiminin Prezident Sarayının ərazisini bombalayıb” – bəyanatda qeyd olunub.

İsrail Müdafiə Qüvvələri həmçinin Suriyanın paytaxtına edilmiş hücumlar zamanı Suriya Müdafiə Nazirliyinin qərargahının bombalandığını təsdiqləyib.

Suriya Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 9 nəfər yaralanıb.