İsrail Müdafiə Qüvvələri – Qəzza zolağının Xan Yunis şəhərində İsrail ordusu altı dəqiqədə “HƏMAS”ın 50 hədəfini bombalayıb
İsrail ordusu Qəzza zolağının Xan Yunis şəhərində altı dəqiqədə “HƏMAS”ın 50 hədəfini bombalayıb. İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, genişmiqyaslı hava hücumları 98-ci diviziyanın quru qoşunlarına şəhərin yeni ərazilərində manevr etməyə imkan verib.
Hücumların hədəfi yeraltı infrastruktur, “HƏMAS”ın istifadə etdiyi binalar, tank əleyhinə mövqelər və qruplaşma üzvlərinin toplaşdığı yerlər olub.
İsrail ordusunun 98-ci diviziyası hava hücumları dalğasından sonra əraziyə qəfil hücuma keçib və bu zaman qoşunlar düşmənin mövqelərinə daxil olublar.
Xan Yunisdə intensiv döyüşlər davam edir. Paralel olaraq, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Qəzzanın mərkəzi hissəsində “Nahal” briqadası onlarla “HƏMAS” döyüşçüsünü məhv edib.