İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Nuseyrat bölgəsinə zərbə endirib, HƏMAS-ın hərbi qanadının taqım komandiri öldürülüb
İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağının Nuseyrat bölgəsinə endirdiyi zərbə nəticəsində HƏMAS qruplaşmasının hərbi qanadının taqım komandiri Sobhi Sami Mahmud Şahtuti öldürülüb.
İsrail ordusunun məlumatına görə, Şahtuti 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən hücumun iştirakçılarından biri olub. O, həmçinin girovların saxlanılması və mühafizəsində, eləcə də onların təhvil verilməsi prosesində birbaşa iştirak edib.
“The Times of Israel”-in məlumatına görə, atəşkəs şəraitində həyata keçirilən zərbəni İsrail tərəfi Şahtutinin hərbçilərə və mülki şəxslərə qarşı yeni hücumlar planlaşdırması ilə əsaslandırıb.
İsrail Müdafiə Qüvvələrinin bildirdiyinə görə, Sobhi Sami Mahmud Şahtutinin öldürülməsi real təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilib.