İsrail Müdafiə Qüvvələri "Həmas"ın İsrail vətəndaşlarını girov götürdüyünü bəyan edir
İsrail Müdafiə Qüvvələri "Həmas"ın İsrail vətəndaşlarını girov götürdüyünü bəyan edir

İsrail Müdafiə Qüvvələrinin ali nümayəndəsi Daniel Haqar bəyan edir ki, “Həmas” terror qruplaşması Qəzza sektorunda İsrail vətəndaşlarını girov götürüb.

İsrail Müdafiə Qüvvələrinin yüksək səviyyəli nümayəndəsinin sözlərinə görə, İsrailin cənubundakı 22 məntəqədə döyüşlər hələ də davam edir.

“Dörd diviziya Qəzza sərhədi yaxınlığında yerləşdirilib və artıq orada olan 31 batalyona qoşulub”, – Haqari qeyd edib.

Haqarinin qeyd etdiyinə əsasən, girovların və ölən əsgərlərin sayı dəqiqləşdirilməsə də, döyüşdə İsrail əsgərləri həlak olub.

Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Medianın məlumatına əsasən, “Həmas” terror qruplaşmasının hücumu nəticəsində İsraildə azı 100 nəfər həlak olub. İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, 908 yaralı xəstəxanalara yerləşdirilib. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumuna görə İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.