İsrail Müdafiə Qüvvələri - Suriya rejiminin aktivləri hədəfimizdir, biz Suriyaya təzyiq və zərbələrin sürətini artırırıq
İsrail Müdafiə Qüvvələri - Suriya rejiminin aktivləri hədəfimizdir, biz Suriyaya təzyiq və zərbələrin sürətini artırırıq

 

İsrail Müdafiə Qüvvələrində Suriyaya təzyiq və zərbələrin sürətini artırdıqlarını bildirirlər.

“İsrail qüvvələrinin hədəfi Suriya rejiminin bu bölgədəki aktivləridir. Biz təzyiqi və zərbələrin sürətini artırırıq” – İsrail Müdafiə Qüvvələrinin bəyanatında qeyd olunub.

Məlumat üçün bildirək ki, İsrail Suriyanın Prezident Sarayına və Müdafiə Nazirliyinin binasına hücum edib. İsrail Müdafiə Qüvvələrində həmçinin Suriya paytaxtında yerləşən ölkənin Müdafiə Nazirliyinin qərargahını bombaladıqlarını təsdiqləyiblər. Suriya Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 1 nəfər həlak olub, 28 nəfər yaralanıb.