İsrail mətbuatının məlumatına görə, İsrail ordusunun əsgərləri Qəzza zolağında Əl Şifa xəstəxanasının ərazisində silah tapıblar
İsrail mətbuatının məlumatına görə, İsrail ordusunun əsgərləri Qəzza zolağında Əl Şifa xəstəxanasının ərazisində silah tapıblar

İsrail ordusunun əsgərləri Qəzza zolağının ən böyük xəstəxanası olan Əl-Şifa xəstəxanasının ərazisində silah tapıblar. Bu barədə İsrail mətbuatı məlumat yayır.

İsrailin Müdafiə Qüvvələri bildirib ki, Əl Şifa xəstəxanasında silah tapılması terror qruplaşmasının varlığına işarə edir.

Hazırda girovların xəstəxana ərazisində olması barədə məlumat yoxdur, lakin İsrail hərbi rəhbərliyi əməliyyat nəticəsində əsirlərlə bağlı kəşfiyyat məlumatı əldə edə biləcəyinə inanır.

Hərbçilər deyirlər ki, davam edən əməliyyat zamanı Əl Şifa xəstəxanasındakı əsgərlərə, xəstələrə və tibb işçilərinə toxunulmayıb. İsrail ordusunun əsgərləri xəstəxana qarşısında atışma zamanı azı 5 “HƏMAS” silahlısını öldürüb.