İsrail mediasının məlumatına görə, İranla bağlı mobilizasiya çərçivəsində ABŞ qüvvələri Türkmənistan-İran sərhədinə və həmçinin Ermənistana yerləşdirilib
İranla bağlı mobilizasiya çərçivəsində ABŞ qüvvələri Türkmənistan-İran sərhədinə və həmçinin Ermənistana yerləşdirilib. Bu barədə məlumatı İsrail mediası yayıb.
Məlumatda bildirilir ki, Yaxın Şərqdə təxminən 20 ABŞ bazasının müdafiəsi üçün THAAD və Patriot hava hücumundan müdafiə sistemləri də yerləşdirilib.
Eyni zamanda, ABŞ və Avropadan regiondakı ABŞ bazalarına hava daşımaları davam edir. Paralel olaraq, Böyük Britaniya iki tanker təyyarəsi ilə altı F-35 “Stealth” tipli təyyarə göndərib.
İsrail mediasının məlumatına görə, ölkə hakimiyyəti hesab edir ki, İranın əsas məqsədi vaxt qazanmaqdır ki, bu da İsrail və ABŞ-ın İran üzərinə mümkün hücum imkanlarına təsir göstərə bilər.