İsrail mediasının məlumatına əsasən, Benyamin Netanyahu Qəzzada girovları götürənlərə hər girovun azad edilməsi üçün bir neçə milyon dollar təklif etməyə hazırdır
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada girovları götürənlərə hər girovun azad edilməsi üçün bir neçə milyon dollar təklif etməyə hazırdır – bu haqda yerli media yazır.
Bununla yanaşı, medianın məlumatına əsasən, baş nazir həmçinin girovları azad edəcək şəxslərin və onların ailə üzvlərinin Qəzzadan təhlükəsiz çıxışını təmin etməyə də hazırdır.
Anonim mənbənin verdiyi məlumata əsasən, Netanyahu bugünkü məsləhətləşmə görüşündə bu istiqamətdə göstərişlər verib.