İsrail mediası, Livandan həyata keçirilmiş raket bombardmanı nəticəsində 7 nəfərin həyatını itirməsi haqda məlumat verir
Livandan həyata keçirilmiş raket bombardmanı nəticəsində İsraildə 7 nəfər həyatını itirib. İsrail mediasının məlumatına əsasən, Metula şəhəri yaxınlığında həyata keçirilmiş bombardman nəticəsində 5 nəfər həlak olub və 1 nəfər ağır xəsarət alıb.
Həlak olanlardan biri İsrail vətəndaşı, dördü isə əcnəbidir. Livandan atılan raket kənd təsərrüfatı ərazisinə düşüb.
Eyni zamanda “Hizbullah” Haifa şəhəri istiqamətində raket hücumu həyata keçirib. Haifa yaxınlığında Kiriat Atada bombardman nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Qonşu icmalarda da həyəcan siqnalları işə salınıb.