İsrail mediası - İyunun 13-dən sonra, İsrailin hücumları nəticəsində İranın nüvə proqramının ən azı 14 alimi qətlə yetirilib
İsrail mediası - İyunun 13-dən sonra, İsrailin hücumları nəticəsində İranın nüvə proqramının ən azı 14 alimi qətlə yetirilib

 

Cümə günündən sonra, İsrailin hücumları nəticəsində İranın nüvə proqramının ən azı 14 alimi qətlə yetirilib. Bu barədə “Times of Israel” nəşri Fars Körfəzi ölkələrindəki iki mənbəyə istinadən məlumat yayır.

Bundan əvvəl İsrailin Müdafiə Qüvvələri qətlə yetirilən 9 alimin adını açıqlamışdı və İsrail hakimiyyəti onların İrana nüvə silahı yaratmağa kömək etdiklərini bildirmişdi. Onların bir hissəsi “İranın nüvə proqramının atası”, məşhur alim Mohsen Fəxrizadənin davamçıları hesab edilir. İsrail Fəxrizadəni 2020-ci ilin noyabrında qətlə yetirib.

İsrail iyunun 13-də İrana qarşı hərbi əməliyyat başladıb və bu əməliyyat zamanı hərbi və nüvə obyektlərinə zərbələr endirib. İran buna cavab olaraq İsrailə raketlər və dronlarla zərbə endirib.