İsrail mediası – İsrail ordusu Qəzza sektoru və Misir sərhədində yerləşən Filadelfiya dəhlizindən çıxmayacaq

15:07, 27.02.2025

 
İsrail ordusu Qəzza sektoru və Misir sərhədində yerləşən Filadelfiya dəhlizindən çıxmayacaq – bu haqda məlumatı İsrail mediası hökumət rəsmisinə istinadən yayır.

Atəşkəs və girovların azad edilməsi razılaşmasına əsasən, İsrailin Müdafiə Qüvvələri birinci mərhələnin sonunda Misir-Qəzza sərhədi hissəsini tərk etməlidir.

“Biz Filadelfiya dəhlizini tərk etməyəcəyik. Biz “HƏMAS” qatillərinin yenidən pikap və silahla sərhədlərimizdə dolaşmasına icazə verməyəcəyik. Biz onların qaçaqmalçılıq yolu ilə yenidən silahlanmasına icazə verməyəcəyik” – İsrail hökumətinin üzvü yerli mediaya müsahibəsində bildirib.

Plana əsasən, İsrail qoşunlarının Filadelfiya dəhlizindən çıxması birinci mərhələnin 42-ci günündə, yəni martın 1-də başlamalı və 50-ci gündə, yəni martın 9-da başa çatmalıdır.

Oxşar