İsrail mediası – İsrail hökuməti və təhlükəsizlik sisteminin nümayəndələri Suriyanın gələcəyi ilə bağlı gizli danışıqlar aparırlar

15:52, 09.01.2025

 
İsrail hökuməti və təhlükəsizlik sisteminin nümayəndələri Suriyanın gələcəyi ilə bağlı gizli danışıqlar aparırlar – bu haqda İsrail mediası məlumat yayır.

Yayılmış məlumata əsasən, müzakirə digər məsələlərlə birlikdə, Suriyadakı bütün etnik qrupların təhlükəsizliyi və hüquqlarının təmin edilməsi məqsədilə Suriyanın müxtəlif inzibati vahidlərə bölünməsi təklifinin müzakirəsi üçün beynəlxalq sammitin keçirilməsi təşəbbüsünü də əhatə edir.

Yerli medianın məlumatına əsasən, təhlükəsizlik sisteminin yüksək səviyyəli rəsmiləri və hökumət keçən ay Əsəd rejiminin devrilməsindən sonra bu imkanı müzakirə ediblər.

Yayılmış məlumata əsasən, həmçinin, İsrail hökumətinin nazirləri Türkiyənin Suriyadakı nüfuzunu və onunla mübarizə yollarını, eləcə də Suriyanın yeni lideri Ahmed əl-Şaraa ilə bağlı şübhələri, druz və kürd azlıqların məsələlərini müzakirə ediblər.

Oxşar