İsrail mediası – “HƏMAS” İsrailə canlı girovların siyahısını verməkdən imtina edir, buna görə də İsrail Misirə danışıqlar aparacaq qrup göndərməyəcək
“HƏMAS” İsrailə canlı girovların siyahısını verməkdən imtina edir, buna görə də İsrail Misirə danışıqlar aparacaq qrup göndərməyəcək,-bu barədə İsrail mediası ölkə hökumətinin nümayəndəsinə istinadən yazır.
Yayılan məlumata görə, İsrail “HƏMAS”dan azad edilən hər bir girov üçün neçə fələstinli məhbusu azad etməli tələbini almalı idi.
“Times of Israel”in yazdığı üzrə, qane etməyən cavab müqabilində İsrail bu gün Qahirəyə nümayəndə heyəti göndərməkdən imtina edib. “HƏMAS”, Qətər və ABŞ nümayəndələri Misirin paytaxtındadırlar.