İsrail mediası – Benyamin Netanyahu təhlükəsizlik kabinetinin görüşündə İrana qarşı əməliyyatın qaçılmaz olduğunu bildirib
İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik kabinetinin görüşündə İrana qarşı əməliyyatın qaçılmaz olduğunu bildirib.
İsrail Müdafiə Qüvvələrinin yüksək vəzifəli zabiti İsrail mediasına İsrail Müdafiə Qüvvələri ilə ABŞ Mərkəzi Komandanlığı arasında razılaşdırılmış və təsdiq olunmuş planlar olduğunu və məsələnin yalnız vaxtdan asılı olduğunu açıqlayıb. Zabitinin sözlərinə əsasən, hər iki ölkə Trampın nə etməyə qərar verəcəyini və bunun üçün uyğun vaxtın nə zaman olacağını gözləyir.
İsrail mediasına əsasən, bu məlumat ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin noyabrın 18-də İsrail Müdafiə Qüvvələrinin Qərargah rəisi general-leytenant Eial Zamir və İsrailin xarici kəşfiyyat agentliyi “Mossad”ın rəhbəri Roman Qofman da daxil olmaqla digər yüksək vəzifəli İsrail hərbi rəsmiləri ilə görüşməsindən sonra yayılıb. Bundan sonra Kuper Səudiyyə Ərəbistanına gedib və Fars körfəzi ölkələrinin nümayəndələri ilə görüşlər keçirəcək.