İsrail mediası – Benyamin Netanyahu növbəti həftə Vaşinqtonda Donald Trampla görüşəcəyinə ümid edir
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Ağ Evdə görüşəcəyi ilk lider ola bilər. Bu haqda İsrail mediası yazır.
İsrailin Baş naziri Benyamin Netanyahu növbəti həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcəyinə ümid etdiyini bildirib.
İsrail mediasının anonim rəsmilərə istinadən yazdığı üzrə, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof bu həftə İsrailə səfər edərək Netanyahu və digər İsrail rəsmiləri ilə, o cümlədən səfərlə bağlı danışıqlar aparacaq.
Ağ Ev məsələyi hələlik şərh etməyib.