İsrail Livanda “Hizbullah”a qarşı quru və hava hücumlarının genişləndirilməsi planını təsdiqlədi
İsrail Livanda “Hizbullah”a qarşı quru və hava hücumlarının genişləndirilməsi planını təsdiqlədi

İsrail Livanda “Hizbullah”a qarşı quru və hava hücumlarını genişləndirəcək. Bu barədə “BBC” İsrail Müdafiə Qüvvələrinin bəyanatına istinadən xəbər verir.

İsrail Müdafiə Qüvvələrində bildirilib ki, Livanda “Hizbullah”a qarşı quru və hava hücumlarının genişləndirilməsi planı təsdiqlənib.

Bəyanatda qeyd olunur ki, Baş Qərargah rəisi Eyəl Zamir “Hizbullah”a qarşı “məqsədyönlü quru əməliyyatları və zərbələrin irəlilədilməsi” planlarını təsdiqləyib və bunun “uzunmüddətli əməliyyat” olacağı vurğulanıb.