İsrail Katz – İsrail bu gün Tehranda mühüm hədəflərə zərbə endirməyi planlaşdırır, sakinlərə təxliyə olunmağa çağırır
İsrail Katz – İsrail bu gün Tehranda mühüm hədəflərə zərbə endirməyi planlaşdırır, sakinlərə təxliyə olunmağa çağırır

İsrail bu gün İranın paytaxtı Tehran şəhərində mühüm hədəflərə zərbə endirməyi planlaşdırır. Bu barədə İsrailin müdafiə naziri İsrael Katz jurnalistlərə məlumat verib.

“Bu gün biz Tehranda çox mühüm hədəfləri vuracağıq və sakinləri təxliyəyə çağırırıq,” – deyə Katz bildirib.

İsrailin müdafiə naziri əlavə edib ki, ölkəsi artıq beş gündür davam edən hava hücumlarını İrana qarşı müstəqil şəkildə həyata keçirir.

Eyni zamanda, jurnalistlərin ABŞ-ın da hücumlara qoşulub-qoşulmayacağı ilə bağlı sualına cavab olaraq Katz ABŞ-ı “yaxşı dost” adlandırıb.

“Hazırda onlar bizi bir neçə hücumdan qorumaqda kömək edirlər və bunun üçün onlara təşəkkür edirik,” – deyə Katz qeyd edib.

O həmçinin bildirib ki, İsrailin İranla danışıqlara dair mövqeyi dəyişməz qalır.

“Kategorik şəkildə yox – biz heç bir danışıqlar aparmırıq,” – deyə İsrailin müdafiə naziri vurğulayıb.