İsrail Kac – “Hizbullah” atəşlə oynayır, Livan hökumətinin vəzifəsidir “Hizbullah”ı tərksilah edib cənub Livandan çıxarsın
İsrail Kac – “Hizbullah” atəşlə oynayır, Livan hökumətinin vəzifəsidir “Hizbullah”ı tərksilah edib cənub Livandan çıxarsın

İsrailin müdafiə naziri İsrail Kac bildirib ki, “Hizbullah” atəşlə oynayır. Nazir Livan hakimiyyətini çağırır ki, qruplaşmanı vaxtında tərksilah etsin və öz öhdəliyini yerinə yetirsin.

Bu barədə İsrail Kac sosial şəbəkədə yazıb.

“‘Hizbullah’ atəşlə oynayır, Livanın prezidenti isə işi yubadır. Livan hökumətinin vəzifəsidir, ‘Hizbullah’ı tərksilah edib onu Cənub Livandan çıxarsın. Bu, mütləq yerinə yetirilməlidir. Maksimum ölçülərin tətbiqi davam edəcək və daha da güclənəcək. Biz ölkənin şimalında yaşayanlar üçün təhlükəyə yol verməyəcəyik”, – o, X sosial şəbəkəsində yazıb.