İsrail, isveçli ekoaktivist Qreta Tunberq və Qəzza flotiliyasındakı gəmilərdə olan 171 nəfərin deportasiyasını həyata keçirib
İsrail, isveçli ekoaktivist Qreta Tunberq və Qəzza flotiliyasındakı gəmilərdə olan 171 nəfərin deportasiyasını həyata keçirib – bu barədə “BBC” yazır.
Nəşrin məlumatına əsasən, İsrail onları dayandıran zaman Qəzza istiqamətində gedən 40-dan çox gəmidə cəmi 470 nəfər olub.
Flotiliyanın tərkibində olan bəzi gəmilərdəki fəalların bir hissəsinin deportasiyası İsrail tərəfindən daha əvvəl həyata keçirilib. Onlar İsraildə saxlanılarkən onlara qarşı qeyri-insani rəftar olduğunu iddia edirlər.
Buna cavab olaraq İsrailin Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində dərc olunmuş yazıda ittihamı rədd edib və ictimai fəalları yalan yaymaqda ittiham edib.
Məlumat üçün bildirək ki, Qreta Tunberq ikinci dəfədir ki, Qəzza sektoruna gəmi ilə getməyə çalışır. Əvvəlki halda da İsrail isveçli ekoaktivisti deportasiya edib. İsrailin məlumatına əsasən, 171 nəfər Slovakiya və Yunanıstana deportasiya edilib. Onların arasında İtaliya, Fransa, Almaniya, Polşa, ABŞ, Böyük Britaniya və digər ölkələrin vətəndaşları var.