İsrail istehsalı olan “Covid-19” peyvəndi Gürcüstanda, Ukraynada sınaqdan keçiriləcək
İsrail Gürcüstan və Ukraynada “Covid-19”-a qarşı peyvəndləri sınaqdan keçirəcək. Bu barədə “Reuters” xəbər verir.
Agentliyin verdiyi məlumata görə, İsrail ABŞ-da yerləşən “Enarix Pharmaceuticals” şirkəti ilə əməkdaşlıq ilə İsrail istehsalı olan “Brlyf” peyvəndini sınaqdan keçirmək niyyətindədir.
“Enarix” və İsrailin Bioloji Araşdırmalar İnstitutuna görə, artıq peyvənd istehsal etmək və dünya bazarına çıxarmaq hüquqlarını birləşdirən bir memorandum imzaladılar.
“Enarix” nümayəndələrinin sözlərinə görə, artıq Covid-19 peyvənd sınağının ikinci və üçüncü mərhələlərinin İsrail, Gürcüstan və Ukraynada keçirilməsi planlaşdırılır. Bioloji İnstituta nəzarət edən İsrail Müdafiə Nazirliyi, təcrübələrə on minlərlə könüllünün cəlb olunacağını bildirdi.
Enarixə görə, onların peyvəndi “Pfizer” və “Moderna” tərəfindən istehsal olunan aşıdan fərqli bir texnologiya ilə hazırlanır. Həmçinin canlı bir virusa əsaslanır. Hazırda oxşar texnologiya ilə yaradılan Covid-19 aşısının ABŞ-da icazəsi yoxdur.