İsrail İranda yerləşən neft-kimya zavoduna zərbə endirib, – bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
“İsrail Müdafiə Qüvvələri hazırda İranın Əsəluiyə şəhərində yerləşən ən böyük neft-kimya obyektinə güclü zərbə endirib. Hazırda ümumilikdə İranın neft-kimya ixracının təxminən 85%-ni təşkil edən iki obyekt istismardan çıxarılıb və fəaliyyət göstərmir”, – deyə Kats qeyd edib.
Nazirin sözlərinə görə, bu, İran iqtisadiyyatı üçün on milyardlarla dollar zərər deməkdir.