İsrail hökuməti “HƏMAS”ı atəşkəs və girovların azad edilməsi haqda razılaşmanı pozmaqda günahlandırır

14:12, 16.01.2025

 
İsrail hökuməti “HƏMAS”ı atəşkəs və girovların azad edilməsi haqda razılaşmanı pozmaqda günahlandırır.

İsrail hökuməti tərəfindən yayılmış məlumata əsasən, “HƏMAS” bəzi razılaşmalardan geri çəkilib və girovların azad edilməsi haqda razılaşmanın yekunlaşdırılmasında son dəqiqə böhranı yaradır.

“Vasitəçilər “HƏMAS”ın razılaşmanın bütün elementlərini qəbul etdiyi barədə İsrailə məlumat verənə qədər İsrail kabineti toplaşmayacaq” – bəyanatda qeyd olunub.

Dünən gecə Qətər hökuməti, eləcə də ABŞ Prezidenti Co Bayden və ABŞ-ın seçilmiş prezidenti Donald Tramp razılığın əldə olunduğunu bəyan etdilər, lakin İsrailin Baş naziri Benyamin Netanyahu təkid edir ki, yekun razılaşma əldə olunmayıb və bir sıra mühüm detallar qalmaqdadır.

Məlumat üçün bildirək ki, İsrail mediası ABŞ və ərəb rəsmilərinə istinadən İsrail və “HƏMAS”ın atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəldiyi məlumatını yaydı.

Oxşar