İsrail hərbçiləri cənubi Suriyada gecə keçirilmiş əməliyyat zamanı "HƏMAS"ın bir neçə döyüşçüsünü saxlayıblar
İsrail hərbçiləri cənubi Suriyada gecə keçirilmiş əməliyyat zamanı “HƏMAS”ın bir neçə döyüşçüsünü saxlayıblar. Bu haqda məlumatı İsrail Müdafiə Qüvvələri yayır.
İsrail hərbçiləri “HƏMAS”ın döyüşçülərini sərhəddən 6 kilometr aralıda, Beyt Cin kəndində saxlayıblar.
“Son həftələrdə toplanmış kəşfiyyat məlumatı əsasında, hərbçilər gecə Suriyada nöqtəvi əməliyyat keçirərək, İsrail vətəndaşlarına və Suriyada İsrail Müdafiə Qüvvələrinin bölmələrinə qarşı terror hücumları həyata keçirməyə çalışan “HƏMAS”ın bir neçə terrorçusunu saxlayıblar” – İsrail Ordusunun bəyanatında deyilir.