İsrail hərbi qüvvələri “Həmas”ın hərbi lideri Məhəmməd Sinvarinin öldürüldüyünü təsdiqlədi
İsrailin hərbi qüvvələri “Həmas”ın hərbi lideri Məhəmməd Sinvarinin öldürüldüyünü təsdiqləyib.
“The Guardian”ın yazdığına görə, İsrail qüvvələri Məhəmməd Sinvarini 13 may tarixində öldürüblər.
Əvvəllər mediada yayılan məlumatlara əsasən, Sinvari Xan Yunisdə İsrail Müdafiə Qüvvələri tərəfindən yeraltı tunelə endirilmiş zərbə nəticəsində öldürülüb. Məhəmməd Sinvari 2024-cü ilin oktyabrında İsrailin onun böyük qardaşı Yahya Sinvarini öldürməsindən sonra “Həmas”ın lideri olmuşdu.
Bununla yanaşı, İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Məhəmməd Sinvari ilə birlikdə “Həmas”ın yüksək rütbəli bir neçə digər üzvü də öldürülüb.