İsrail hakimiyyəti vətəndaşlar üçün silahın gəzdirilməsi tənzimləmələrini asanlaşdırır
İsrail hakimiyyəti vətəndaşlar üçün silahın gəzdirilməsi tənzimləmələrini, ölkədə son günlər ərzində silahlı hücumların artması baş verdikdən sonra asanlaşdırır. Nazirlər kabinetində hesab edirlər ki, sıravi vətəndaşlar silahı gəzidrdikləri təqdirə özlərini müstəqil şəkildə müdafiə edə bilərlər.
Yeni tədbirlər həmçinin hücumçunun ailə üzvlərinin qeydiyyat və sosial müdafiə hüququnun alınmasını nəzərdə tutur. Detallar barəsində nazirlər kabineti bu gün müzakirə aparacaq.
Hücumlardan sonra, baş nazir Netanyahu sərt və sürətli münasibətin bildirilməsi vədini verdi. Eləcə də, İsrail ordusunun İordan çayının qərb sahilində tərkibi artırılacaq.
Yerusəlimdə 27 və 28 yanvarda iki hücum baş verdi. Birinci təqdirdə, silahlı şəxs qərbi Yerusəlimdə, Sinaqoq yaxınlığında atəş açdı və yeddi nəfəri qətlə yetirdi. Hücumçu likvidasiya edilib. Dünən isə, 13 yaşlı yeniyetmə iki nəfəri yaraladı. Onu cavab atəşi ilə neytrallaşdırdılar və hazırda xəstəxanadadır.