İsrail "HƏMAS"a 15 fələstinlinin cəsədini təhvil verib
İsrail "HƏMAS"a 15 fələstinlinin cəsədini təhvil verib

 

İsrail “HƏMAS”a 15 fələstinlinin cəsədini təhvil verib. Bu, israilli girov İtai Çenin cəsədinin dünən gecə Qəzzadan gətirilməsindən sonra baş verib.

İsrail mediasının yazdığı kimi, İtai Çen 2023-cü ildə “HƏMAS” tərəfindən öldürülən İsrailin Müdafiə Qüvvələrinin qərargahının çavuşu olub.

Xan Yunisdə yerləşən Naser Xəstəxanasında bəyan edirlər ki, son bir ay ərzində Qəzzaya qaytarılan fələstinlilərin cəsədlərinin sayı 285-ə yüksəlib, əvəzində isə “HƏMAS” biri Tayland, biri Nepal və 17 İsrail vətəndaşı olmaqla 19 nəfərin cəsədini qaytarıb.

Razılaşmaya əsasən, hər bir israilli girovun qayıtmasından sonra İsrail Qəzzaya 15 fələstinlinin cəsədini verəcək.

Bununla yanaşı, İsrailin müdafiə naziri İsrael Kats ölkənin müdafiə qüvvələrinin “HƏMAS”ın tunellərini məhv edəcəyini və qruplaşmanın üzvlərini zərərsizləşdirəcəyini bildirir.

“İsrailin Qazzada siyasəti aydındır: İsrailin Müdafiə Qüvvələri nəzarətimizdə olan sarı zonada hər hansı məhdudiyyət olmadan tunellərin və “HƏMAS”ın terrorçularının məhv edilməsi məqsədilə fəaliyyət göstərir. Məqsəd bütün ölü girovların qaytarılması ilə birlikdə, “HƏMAS”ın silahsızlaşdırılması və Qazzanın demilitarizasiyasıdır” – İsrael Kats yazır.