İsrail qüvvələri Qəzzada 2023-cü ilin oktyabrın 7-də "HƏMAS"ın hücumu zamanı qətlə yetirilən iki girovun cəsədini tapıblar
İsrail qüvvələri Qəzzada 2023-cü ilin oktyabrın 7-də "HƏMAS"ın hücumu zamanı qətlə yetirilən iki girovun cəsədini tapıblar

 

İsrail qüvvələri Qəzzada 2023-cü ilin oktyabrın 7-də “HƏMAS” tərəfindən edilmiş hücum zamanı qətlə yetirilən iki girovun cəsədini tapıblar. İsrailli-amerikalı cütlükdən söz gedir.

İsrail Müdafiə Qüvvələrinin bəyanatına əsasən, Kanada vətəndaşı olan 70 yaşlı Cudi Vaynştayn Haqaini və onun əri 72 yaşlı Qadi Haqaini silahlı qruplaşmanın üzvləri Nir-Oz kibutsuna hücum zamanı qətlə yetiriblər. Onların cəsədləri Qəzza sektorunun cənub hissəsində, Xan Yunisdə gecə tapılıb və identifikasiya üçün İsrailə qaytarılıb.

Hazırda Qəzzada “HƏMAS” tərəfindən qaçırılan daha 56 girov qalır, onlardan ən azı 20-nin sağ olduğu hesab olunur.

İsrailin Baş naziri Benyamin Netanyahu Cudi və Qadi Haqainin ailəsinə başsağlığı verib.

“Döyüşçülərimizin və komandirlərimizin bu qətiyyətli və uğurlu əməliyyatına görə təşəkkür etmək və qeyd etmək istərdim. Biz bütün girovlarımızı – ölü və dirilərimizi – evlərinə qaytarana qədər dincəlməyəcəyik və ya susmayacağıq” – İsrailin Baş nazirinin bəyanatında deyilir.

İsrailin Qəzzada hərbi əməliyyatı “HƏMAS” tərəfindən 2023-cü ilin oktyabrın 7-də edilmiş genişmiqyaslı hücuma cavab olaraq başlayıb.