Israil Ğəzza sektoruna avia-zərbələr yetirdi.
Bu barədə məlumatı “Roiter” yayır.
Beynəlxalq informasiya agentliyinin məlumatına görə, Tel-Avivin hədəfi Ğəzza sektorunda yerləşən iki raket avadanlığının saxlandığı obyekt idi.
Avia-zərbələr həyata keçirilənə qədər, İsrailin bir neçə qəsəbəsində təhlükə siqnalları səsləndi, hansı ki, Ğəzza tərəfindən hücüm zamanı qurulur. Bundan sonra, İsrailin bir neçə kəndinə raket düşdü.
“Royterin” məlumatına görə, rəsmi Tel-Aviv tərəfindən Ğəzzaya yetirilən zərbələr, Ğəzza tərəfindən atılan raketlərə cavab idi.
Yerli radionun məlumatına görə, İsrailin Cənubunda yerləşən kəndlərə 30 dəqiqə ərzində 50-dən artıq raket hücumu baş verdi.
Zərər görənlər haqqında mılumat yayırmır. Təhlükə siqnalından sonra, əhali bunkerə yerləşdi.
Ğəzza sektorunun Səhiyyə nümayəndələrinin məlumatına görə, İsrailin hücumu nəticəsində, üç Filistinli yaralanıb.